12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan II Liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Şəmkir” - “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılayacaq. “Şəmkir” is 1000 manat cərimə edilib.

Həmin matçda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

“Hypers” - “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib.

Bu görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 500 manat cərimələnib.

Eyni görüşdə “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Difai” - “Zəngəzur” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Həmin matçın 84-cü dəqiqəsində “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Difai” isə 1000 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30