Futzal
“Azərbaycan hakimliyi adına böyük uğurdur”
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək heyətə daxil edilib.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında təssüratlarını bildirən H.Qafarlı sevincini belə izah edib:
“Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilirəm.
Bir faktı da qeyd edim ki, 2 il əvvəl 19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə də təyinat almışdım. Təbii ki, böyüklərin yarışı gənclərlə müqayisə olunmaz. Burada sürət, dinamika, peşəkarlıq daha üst səviyyədədir”.
Referi əslində bu təyinatın gözlənilən olduğunu qeyd edib. Bəs bu gözlənti haradan yaranıb?
“Bu ilin oktyabrında Sloveniyanın paytaxtı Lyublyanada final mərhələsinin oyunlarını idarə etmək üçün UEFA tərəfindən hakim seçimi edildi. Həmin tədbirə mən də dəvət almışdım. Bu dəvət bir qədər gözlənilməz oldu. Çünki bu ilin yanvarında UEFA-nın I kateqoriyasına yüksəlmişdim. Ora isə adətən elit kateqoriyanın hakimlərini dəvət edirdilər. Bizdən fiziki, nəzəri və praktik imtahanlar götürüldü. 42 hakim dəvət edilmişdi, yekunda 32 referi seçildi. 32 nəfərin arasında yer almaq böyük uğurdur”.
Təcrübəli hakim uğura gedən yoldan da danışıb: “İstənilən sahədə uğur qazanmaq üçün əziyyət çəkməli, işinə peşəkar yanaşmalı və onu sevərək etmək vacibdir. O zaman uğur da gələcək. Biz də çalışırıq ki, fiziki göstəricilərimiz, nəzəri biliklərimiz yüksək olsun”.
Referi final mərhələsinə qədər əsas mərhələdə də iş başında olduğunu qeyd edib: “AVRO-2026-nın seçmə mərhələsinin oyunları 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək keçirildi. Həmin müddətdə digər həmkarlarımla bərabər 3 oyuna təyinat aldıq. Futzalda oyunların sayı az olduğunu nəzərə alsaq, bu göstərici zəif deyil”.
O, bu təyinatın digər həmyerlilərimizin də karyerasına müsbət təsir edəcəyini vurğulayıb: “Azərbaycanlı hakimin qitənin ən reytinqli yarışının final mərhələsinə təyinat alması bizə olan inamın, etibarın göstəricisidir. Bu həm yerli hakimlərimiz üçün stimul olacaq, həm də gələcəkdə yeni bir çığır açacaq. Ümid edirəm ki, hakimlərimiz adına bu ənənə halını alacaq və belə mötəbər yarışlara təyinatlar davamlı olacaq. Hazırda digər FİFA referilərimiz də UEFA bayrağı altında keçirilən oyunlara təyinatlar alırlar. Eyni zamanda məni təbrik edən, təyinatıma və uğurlarıma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Milli komanda səviyyəsində hər zaman uğur qazanmışıq. Təsadüfi deyil ki, son 6 Avropa çempionatının final mərhələsində yığmamız iştirakçılar sırasında olub. Bu dəfə qitə yarışında hakimlik səviyyəsində təmsil olunacağıq. Həmkarlarıma və komandalarımıza gələcək yarışlarda uğurlar arzulayıram”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
14.11.2026
13.11.2026
12.11.2026
























