18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Futzal

Yevgeni Kukseviç: “Fiziki cəhətdən zəif təsir bağışladıq”

Bu gün VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisi ikinci oyununu keçirib. Millimiz Özbəkistan yığmasına 13:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, sözügedən matçla bağla Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviçin Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Bu oyunda fiziki cəhətdən zəif təsir bağışladıq. Çünki birinci oyunda fiziki və emosional gücümüzü çox sərf etdik. Ona görə də ikinci görüşə hazırlaşmaq çətin oldu. Uşaqlarla danışdıq, onlar da etiraf etdiklər ki, əvvəlcədən dediklərimizi tətbiq etmək lazım idi, amma biz hər şeyi tərsinə etdik. Yenə xüsusi vurğulamaq istəyirəm ki, fiziki cəhətdən çox geri qalırıq. Bu oyunu unutmalı, qrupdakı son matçımıza köklənməliyik. Çünki mübarizəni davam etdirib-etdirməyəcəyimiz, finala gedən yol həmin matçın nəticəsindən asılıdır. Heyətimizdə olan gənclərə meydanda müəyyən qədər vaxt verdik. Onlar bu cür yarışda ilk dəfədir ki, iştirak edirlər. Emosiyalarımız da bir qədər dözmədi. Bəzi epizodlarda gücümüzü qorumağa çalışırdıq, əvəzində qapımızda qol görürdük. Nəticə çıxarmalı, noyabrın 8-dək oyuna hazırlaşmalıyıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30