3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Neftçi"də serbiyalı vinger

“Neftçi” daha bir transferini həyata keçirib.

Futbolxeber.az saytının məlumatına görə, serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində “ağ-qaralar”ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb.

Əsasən sol vinger mövqeyində çıxış edən Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir. 

O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.

Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31