2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Tupta: “Bizə bir az da vaxt lazımdır”

“Bu, çempionatın ilk matçı idi. Ona görə də mövsümə uğurla start vermək bizim üçün vacib idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Lyubomir Tupta Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Slovakiyalı forvard “Neftçi”də qol hesabını açmasına da toxunub: “Təbii ki, qol vurduğum üçün çox sevinirəm və şadam. Lakin bununla kifayətlənmək olmaz. İşləməyə davam etməliyik”.

O, ön xətdəki komanda yoldaşları Breno Almeyda və Freddi Varqasla anlaşmasından da söz açıb: “Son iki həftə üçümüz birlikdə məşq edirdik. Anlaşmağımız çox yaxşıdır. Amma qarşıdakı matçlarda daha yaxşı çıxış etmək üçün bizə bir az da vaxt lazımdır”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31