2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Yankoviç: “Tvente”yə qalib gələcəyimizə inanmasaydıq, heç səfərə getməzdik”

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç dünən Azərbaycan Premyer Liqasının ilk turunda “Şamaxı”ya qarşı keçirilən oyundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çempionatın ilk matçı idi. Bizim üçün 3 xal qazanmaq çox vacib idi. Bunu bacardıq. Oyuna gəldikdə, səhvlərimiz də oldu, bəzi məqamlarda yaxşı çıxış etdik. Məqsədimiz Konfrans Liqasının pley-off oyunu öncəsi özümüzə inamı qaytarmaq idi. Buna nail olduq. Sözsüz ki, ilk oyunda səhvlər olur.

- UEFA Konfrans Liqasında Liqa mərhələsinə vəsiqə qazanacağınıza inam nə dərəcədədir?

- Faiz nisbəti ilə dəyərləndirmək ciddi olmaz. Təbii ki, komandamızın mərhələ adlayacağına inanıram. Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik. Böyük klublara qarşı oyun təcrübəmiz var. İnanmasaydıq, heç səfər oyununa getməzdik. Təbii ki, “Tvente”yə qalib gələcəyimizə inanırıq.  

- Digər klublardan təklif almısınız? “Qarabağ”da qalacaqsınız?

- Mənim “Qarabağ”la hələ bir illik müqaviləm var. Bu klubun futbolçusuyam.

- Türkiyə Superliqasına vəsiqə qazanan “Çorum” klubunun sizinlə yaxından maraqlandığı, lakin həyat yoldaşınızın həmin şəhəri bəyənməməsi səbəbindən keçidin baş tutmadığı deyilir. Bu, nə dərəcədə doğrudur?

- Xeyr, bu, yanlış məlumatdır.   








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31