2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Azər Bağırov: “Birinci hissədə uşaqlarda həyəcan var idi”

"Şamaxı" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov oyun haqda fikirlərini bildirib:

"Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. "Qarabağ" kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq. "Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram".

- "Şamaxı"da hansı dəyişikliklər edə biləcəksiniz?

- Yerli gənc futbolçulardan ibarət yaxşı heyətimiz var. Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir. Asan iş olmur. Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. İnşallah zamanla sponsorumuz olar və hər şey yoluna düşər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31