Ölkə futbolu
Təxirə salmalımı, salmamalımı?!.
Son günlər ölkə futbolunda əsas müzakirə mövzusu Azərbaycan Premyer Liqasının 21-ci turunda, fevralın 21-də keçirilməli olan “Neftçi” - “Qarabağ” oyununun təxirə salınıb-salınmamasıdır. Sanki Azərbaycan futbolunda hər şey güllük-gülüstanlıqdır, bircə bu məsələ qalıb. Yaxud da ki, elə təəssürat yaranır ki, guya “Neftçi” bu matçın təxirə salınmasına razılıq versə, “Qarabağ” gedib “Sent Ceyms Park”da “Nyukasl”a beş qol vuracaq... Görünən odur ki, bu söhbəti acı bağırsaq kimi uzatmaq kimlərəsə sərf edir.
Əvvəla, ondan başlayaq ki, Azərbaycan futbolunda bu cür hallar dəfələrlə yaşanıb. Avrokubokdakı vacib matçlardan öncə təxirə salınan oyunlar da olub, təxirə salınmayan da. Lakin matçları təxirə salınan tərəf bundan heç də həmişə xeyir görməyib. Yəni bu gün heç kim təminat verə bilməz ki, “Nyukasl”la cavab oyunundan öncə “Neftçi” ilə matçın baş tutması “Qarabağ”ın ziyanına olacaq. Bəlkə elə xeyrinə oldu, kim bilir...
İkincisi, başda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olmaqla bir çox mütəxəssislər dəfələrlə vurğulayıb ki, Azərbaycan klubları, futbolçular üç gündən bir oynamağa öyrəşməlidirlər. Həftəyə bir oyunla inkişaf etmək mümkünsüzdür. Avropada xalxın uşaqları bəzən həftədə 3 oyuna çıxır e...
Üçüncüsü, “Neftçi” ilə qarşılaşma “Nyukasl”la oyundan öncə deyil ki. İlk oyundan sonradır. Birinci görüş olsaydı, bəlkə də hardasa, matçın təxirə salınmasında israr edənləri başa düşmək mümkün idi. İndiki halda “Qarabağ” “Neftçi” önünə “Nyukasl”la matçdan sonra çıxacaq.
Dördüncüsü, təqvimin sıxlığından, yorğunluqdan gileyləniriksə, yazıq “Nyukasl” neyləsin? “Sağsağanlar” Bakıdakı matçdan sonra tarixi ərzindəki ən uzun uçuş məsafəsini qət edib evə qayıtdacaq və 2 gün sonra, “Mançester Siti” önünə çıxacaq. Aşağı-yuxarı “Qarabağ”ın “Neftçi” ilə oynadığı saatlarda...
Belə təəssürat yaranır ki, “Neftçi” ilə matçın təxirə salınmasını istəyənlər “Qarabağ”ı zəif gözü ilə görənlərdir. Bəli, məhz zəif gözü ilə görənlər. Düşünürlər ki, birdən Ağdam klubu “Neftçi”yə uduzar, çempionluq əldən gedər. Halbuki “Qarabağ” bundan da çətin vəziyyətlərdən məharətlə çıxıb.
Və ən əsası, bu matçın təxirə salmaq “Neftçi”yə qarşı ədalətsizlikdir. “Ağ-qaralar” nəyə görə iki həftə futbolsuz qalmalıdır? “Qarabağ”la görüş təxirə salınsa, fevralın 15-də “Kəpəz”in qonağı olacaq flaqman, bir də fevralın 28-də səfərdə “Şamaxı” ilə üz-üzə gəlməlidir. Mövsümün həlledici bir məqamında “Neftçi” nəyə görə 2 həftə futbolsuz qalmalıdır? Bəli, “Qarabağ” Azərbaycan futbolunda misli görünməmiş uğura imza atıb. Lakin hər klubun öz məqsədləri, hədəfləri var. İstər “Neftçi” olsun, istər “İmişli”, istər “Kəpəz”. Həm də burda adlar nisbidir, sabah eyni durumda başqa klublar da olsa, yanaşma dəyişməməlidir...
Təsəvvür edin, “Neftçi” “Araz-Naxçıvan”ın ardınca “Qəbələ” və “Kəpəz”i də məğlub edir. Ardıcıl 3 qələbə qazanan, əla formada olan “Neftçi” birdən-birə iki həftəlik “istirahətə yollanır”. Bu, hansı məntiqə sığır? Yaxud bu görüş təxirə salınsa, sonraya keçirilməlidir ki, belədə “Neftçi” məcbur qalacaq mövsümün sonuna yaxın, sıx qrafikdə üç gündən bir meydana çıxsın. İndi səmimi deyin, bütün bunlar “Neftçi”yə qarşı ədalətsizlik deyil?!
İBRAHİM
P.S. Gözəl xalq mahnımızın sözlərini bir qədər dəyişsək - “Könlüm istər görəm futbol, üç gündən bir, üç gündən bir”...
P.P.S. Bu dəqiqələrdə mətbuatda oyunun təxirə salındığı barədə xəbər yayılıb. Əgər bu, həqiqətdirsə, o zaman daha heç kim Azərbaycan çempionatında idman prinsiplərinin qorunmasından, şəffaflıqdan, ədalətdən danışmasın!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
30.09.2026
29.09.2026
























