26 Iyun 2026, Cümə
“Zirə”də kadr dəyişikliyi olub
Yuri Vernidub daha 2 il “Neftçi”də!
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
Renaldo Sefas rəsmən “Qarabağ”da

Ölkə futbolu

“Səbail” qələbə qazandı, liderlə xal fərqi azaldı

I Liqada qış fasiləsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən 3 oyunla 13-cü tur start götürüb.

Səfərdə “Zaqatala”nın qonağı olan “Səbail” rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini həll edən yeganə qolu 18-ci dəqiqədə Emil Qasımov vurub.

“Şəfa” “Baku Sportinq”lə oyunda xal itirib - 1:1.  

“Cəbrayıl” isə MOİK-lə bərabərə qalıb - 2:2.

Bu nəticələrdən sonra “Şəfa” 31 xalla lider, “Baku Sportinq” isə 26 xalla ikincidir. Çətin səfərdən qələbə ilə qayıdan “Səbail” isə əsas rəqiblərlə xal fərqini azaldıb. Belə ki, üçüncü pillədə qərarlaşan Adil Şükürovun komandası xallarının sayını 25-ə çatdırıb.

Qeyd edək ki, növbəti tur “Səbail” öz meydanında “Şəfa”nı qəbul edəcək.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30