30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Elxan Məmmədov Kosta-Rikada futbol meydançalarının açılışında iştirak edib

Kosta-Rika “FIFA Arena” layihəsinə qoşulan ilk KONKAKAF üzvü olub.

Futbolxeber.az saytının məlumatına görə, Kosta-Rika Futbol Federasiyası ölkə üzrə uşaqların gələcəyini yaxşılaşdırmaq məqsədilə FIFA-nın dəstəyi altında həssas icmalarda ölkənin ilk kiçik tutumlu futbol meydançalarını inşa edib.

Hər iki federasiya layihə üzrə ötən ilin sonlarından etibarən çalışıb və bu ilin fevralın bu təşəbbüs altında Alahuela əyalətində yerləşən Bolivar Texniki Peşə Məktəbində rəsmi açılış həyata keçirilib. Bunun sayəsində məktəblərdən, kütləvi futbol proqramlarından və gənclər klubları üzvlərdən olan təxminən 2000 nəfər yeni idman qurğularından faydalanacaq.

Açılış mərasimində iştirak edənlər arasında FİFA-nın Üzv Assosiasiyalar Bölməsinin direktoru, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov də olub.

Mərasimdə Elxan Məmmədovla yanaşı, Amerika qitəsi üzrə Üzv Assosiasiyalar Altbölməsinin direktoru Jair Bertoni və “FIFA Arena” layihəsinin baş koordinatoru Aymane Zurhlal da iştirak ediblər.

“FIFA Arena” təşəbbüsü qurumun prezidenti Canni İnfantinonun 2024-cü ilin iyulunda Fransanın Paris şəhərində keçirilən “İdmanın Dayanıqlı İnkişafı” Sammitində verdiyi öhdəliyin icrasını təmin edir. Həmin vaxt İnfantino, FIFA-nın 2031-ci ilə qədər dünyada kiçik həcmli 1000 futbol meydançası tikmək məqsədini açıqlamışdı.

FUTBOLXEBER.AZ








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30