2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Azərbaycan klubuna azarkeşlərinin rəqibə hücumuna görə texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.

Futbolxeber.az saytının məlumatına görə, buna "Viləş"lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki "İstiqlal" kollektivi də bu halla üzləşib. Komanda "Sabirabad"la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında "Hacıqabul" isə "Ucar"la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında "Xudat" "Kəpəz"lə oyunda, "Qəbələ" isə "Alfa" ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31