2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif

"Qarabağ"ın futbolçusu Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçiyə "Vitoriya"dan təklif var.

Məlumatı Braziliyanın "Arena Rubre-Neqro" kanalı yayıb. Xəbərdə A seriyası təmsilçisinin "Qarabağ"la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə edilmədiyi bildirilib.

Qeyd olunub ki, braziliyalı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsinin olması işi çətinləşdirir.

Qeyd edək ki, Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan "Qarabağ"a transfer edilib. O, bu mövsüm Ağdam klubunda 23 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, Braziliyanın daha bir klubu “Botafoqo” "Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır (qol.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31