17 Avqust 2026, Bazar ertəsi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi

Ölkə futbolu

II Liqanın bombardirləri açıqlandı

Azərbaycan II Liqasının ən yaxşı bombardirləri müəyyənləşib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub. PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və 2-ci liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.

Cavid İmamverdiyev yarışın 2-ci liqa adlandığı dövrdə ən çox qol vurub. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Şəki Siti”də oynayan futbolçu 65 qola imza atıb.

“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənən Tural Qurbatov siyahıda ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü 2-ci liqada keçirən Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.

Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.

2-ci liqada 20 və daha çox qol vuranlar

1. Cavid İmamverdiyev - 65

2. Tural Qurbatov - 57

3. Elvin Nəsibov - 51

4. Vidadi Cəfərov - 49

5. Elxan Məmmədov - 36

6. Elariz Xəlilli - 32

7. Famil Camalov - 30

8-9. Valeh Seyidov - 27

Tofiq Nəsibov - 27

10. Amil Yunanov - 26

11. Ramazan Abbasov - 24

12-13. Vüqar Əşrəfli - 23

Röyal Nəcəfov - 23

14. Ülvi Quliyev - 21








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31