17 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı

Ölkə futbolu

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının loqosu təqdim olunub

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının loqosu təqdim olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu, yarışın Təşkilat Komitəsinin iclasında reallaşıb.

Tədbirdən əvvəl media nümayəndələri Respublika Velotrekində yaradılan velosiped muzeyi ilə tanış olublar. Oradakı müxtəlif velosipedlər haqqında məlumat verilib.

Ardınca velosipedçilər üçün hazırlanmış məşq və simulyator zalı nümayiş etdirilib. Azərbaycanın tanınmış velosipedçilərindən Elçin Əsədov simulyatorla bağlı məlumat verib. Uşaqların məşq prosesi, simulyatordan istifadə qaydaları barədə danışıb.

Tədbirdə həmçinin hazırlıq işləri haqda ətraflı məlumat verilib.

Qeyd edək ki, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışı 2026-cı il mayın 10-14-də keçiriləcək.

5 mərhələdən ibarət olacaq turnir Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31