3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Qarabağ”dan üstünlük: 185 oyunda 447 qol

Azərbaycan Premyer Liqasında 2025-ci ilə yekun vurulub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.

Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.

Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31