Ölkə futbolu
Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
Ruanda millisinin baş məşqçisi, daha əvvəl ölkəmizdə “Gənclərbirliyi”ni çalışdırmış Adel Amruşun Futbolxeber.az saytına müsahibəsi
- “Zirə” - “İmişli” oyununu stadiondan canlı izlədiniz. Azərbaycana səfərinizin əsas məqsədi nədir?
- Açığı, bura gəlmək mənim üçün çox yaxşı fürsət oldu. Uzun illərdir Azərbaycanda olmamışdım, bu ölkənin qəlbimdə xüsusi yeri var. Mən 20 il əvvəl burada çalışmışam, Azərbaycanla bağlı çox gözəl xatirələrim və burada çox yaxşı dostlarım var. Heç vaxt insanlarla əlaqəmi kəsməmişdim. Sadəcə iş imkan vermirdi ki, bura gəlim. İndi isə iki məqsəd üçün Azərbaycana gəlmişəm. Birincisi, dostlarımı ziyarət etmək, ikincisi isə milli komanda üçün bəzi futbolçuları canlı izləmək. “Zirə”də oynayan millimizin üzvü Anje Mutsinzi burada oynayır. Ruanda millisində komandanı yeniləyirik və buna görə futbolçularımı real vəziyyətdə görmək istəyirəm. Videoda, ya qəzetdə gördüklərimlə kifayətlənmirəm. Məşqçiləri tanıyıram, insanları tanıyıram, amma futbolçunu canlı görmək mənim üçün çox önəmlidir. Futbolçunun oyununu bir neçə dəqiqəyə qiymətləndirmək mümkündür, amma onunla üz-üzə danışmaq daha da vacibdir.
- Matçdan sonra Mutinsi ilə yanaşı, “Zirə” və “Sabah”ın üzvləri, Mikels qardaşları ilə də söhbətləşdiniz. Mikels qardaşlarını da Ruanda yığmasında görəcəyik?
- Bəli. Mutsinzi hazırda Ruanda millisinin üzvüdür. O, həm yaxşı insan, həm də yaxşı futbolçudur. Mən futbolçularla oyundan əvvəl danışmaq istəmirəm ki, diqqətləri yayınmasın. Məşqçi olaraq həmkarlarımın işinə hörmət edirəm. Onların hazırlıq prosesinə müdaxilə etmək istəmirəm. Mən özüm üçün nə istəyirəmsə, həmkarım üçün də eyni hörməti göstərirəm. Ona görə də futbolçularımla yalnız oyundan sonra danışmağı üstün tuturam. Hazırda Ruanda millisində yenilənmə prosesi gedir. Növbəti Afrika Millətlər Kuboku üçün yeni komanda qururuq. Bu turnirdə iştirak etmək şansımız az idi, amma mən bu ölkəyə gətirildiyim zaman verdiyim sözə sadiq qaldım. Məqsədim və layihəm məhz bu komandadır.
- Bakıya 20 ildən sonra qayıtdınız. Azərbaycanla bağlı təəssüratlarınız necədir? Hansı dəyişiklikləri gördünüz?
- Çox şey dəyişib. Amma dəyişməyən bir şey var: insanların qəlbi. Bu, ən vacib məqamdır. İnsanlar yenə də səmimi, mehriban və gülərüzdür. Yeməkləriniz hələ də möhtəşəmdir. Ölkə çox gözəlləşib. Mən çox xoşbəxtəm.
Əvvəllər də xalqıma Azərbaycan haqqında danışırdım – tarixi, mədəniyyəti, insanları barədə. İndi gələndə isə İçərişəhərdə qaldım, çünki oranı çox sevirəm. Dostlarıma Azərbaycan haqqında danışanda hər zaman insanların ürəyinin böyüklüyünü vurğulamışam. Mən Azərbaycana gəlmələri üçün bir çox insana tövsiyə etmişəm. Heç bir qarşılıq gözləmədən ölkənizin reklamını etmişəm. İnsanlar bura gəlib şəhəri görsünlər deyə onları yönləndirmişəm. İndi bu binaları, bu inkişafı görəndə çox təəccübləndim. Əvvəllər bura tam fərqli idi. Mən bu xalq üçün ən yaxşısını arzulayıram. 20 il əvvəl necə sevirdimsə, bu gün də eyni hissləri daşıyıram. Hələ də o dövrdə çalışdığım futbolçularla əlaqədəyəm – Samir Abdulov, Ruslan Poladov, Namiq Əliyev və digərləri. Mənim üçün bu, yalnız futbol deyildi, insan münasibətləri idi. Bu sevgi ilə gəlmişdim və bu sevgi hələ də qalır.
- Bu illər ərzində Azərbaycandakı insanlarla əlaqəni saxlamısınız?
- Bəli, Azərbaycanda çox insanla münasibətim indi də var. Şəhərdən, bölgələrdən olan dostlarla danışırdım. Fərhad müəllim, İlqar Əliyev və başqaları ilə daim əlaqədəyəmdim. Mən heç vaxt münasibətləri kəsməmişəm. Çünki bu, təkcə futbol deyil, insani bağlardır. Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram (gülür). Bu ölkəyə ilk gəldiyim vaxtlar asan deyildi, çətin dövrlər idi. Amma indi, şükür Allaha, çox şey dəyişib və inkişaf var. Əvvəl təkcə “Lada”lar idi, indi şəhərdə “Ferrari”, “Lamborgini”, “Maseratti” də görmək mümkündür (gülür).
- Sizcə, nə vaxtsa Azərbaycan millisi dünya çempionatında çıxış edə bilər?
- Xəyal qurmaq gözəldir. Amma realist olmaq lazımdır. Mən futbolçuların keyfiyyətinə inanıram. Problem daha çox davranış və yanaşma ilə bağlıdır. Bunun üzərinə çox getmək istəmirəm. Mən bura Azərbaycan futbolunu mühakimə etməyə yox, öz futbolçularımı izləməyə gəlmişəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
02.10.2026
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























