16 Sentyabr 2026, Çərşənbə
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

Tahir Gözel: “Böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm”

“İki gün sonra Zəfər Gününü qeyd edəcəyik. “Qarabağ” bu gün bütün dünyaya sübut edir ki, Azərbaycan xalqı cəsarətlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Çelsi” ilə oyunundan sonra deyib.

Klub rəhbəri matçdan sonra jurnalistlərə açıqlamasında 2:2 hesablı heç-heçəni belə şərh edib: “Necə rahat oynadığımızı gördünüz? İkinci topu hücumda olarkən buraxdıq. Çox gözəl, sürətli oyun idi. Komandamızla fəxr edirəm. Bəlkə də Azərbaycan futbolunun tarixində ən baxımlı matçlardan biri idi. Qalib gəlmək şansımız var idi. Təsadüf nəticəsində qol buraxdıq. Bununla belə, ümidliyik. Bir qələbə də qazansaq, pley-off şansımız daha da artar. Hələ vəsiqəni təmin etməmişik. Ona görə də nəsə demək tezdir. İnanıram ki, bacaracağıq”.

O, “hesab 2:1 olarkən hansı hisslər keçirirdiniz?” sualını belə cavablandırıb: “Hesab 2:1 olarkən 3-cü qolumuzu gözləyirdim. Çünki artıq özümüzə inam gəlmişdi. Çoxlu qol epizodumuz oldu. Nəzərə alaq ki, rəqib “Çelsi” idi. Heyətində çox təhlükəli oyunçular var. Macəra davam edir. Böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30