Ölkə futbolu
“Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib”
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində doğma meydanda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- İki xal itirdik. Siz necə düşünürsünüz?
- Əgər xallarımızın üzərinə xal gəlibsə, qazanmış hesab edirəm. Çox şükür. Sıfır da ola bilərdi, 7 xal oldu. Demək ki, bir xal qazanmışıq.
- Kənarda bu qədər soyuqqanlı qalmağı necə bacarırsınız? Enzo Mareska yerində dayana bilmirdi...
- Bilmirəm bəlkə xarakterimlə bağlıdır. Nə varsa, odur. Əlavə düşünüləsi bir şey yoxdur. Xarakterimdə nədirsə, gördüyünüzdür.
- Qolu 10 nəfərlə vurdunuz. Çempionlar Liqasında hər kəs düşünürdü ki, “Qarabağ” 2 xal alar. İndi fikirlər var ki, “Qarabağ” “Ayaks” və “Ayntraxt”ı Bakıda udar... Bu gün yatarkən nə düşünəcəksiniz?
- Bəli, 10 nəfərlə qol vurduq. Ola bilər ki, rəqib o dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki rəqibin də 10 nəfər qaldığı dəqiqələr oldu. Əksinə, biz rəqibin üzərinə getmədik, ehtiyatlandıq. Şans düşdü, yararlandılar. Kamilo Duran çox yaxşı mübarizə apardı. Olub ki, komanda 60-70 dəqiqə azlıqda qalıb, ancaq qalib gəlib. Ona görə futbol sevilir.
- İlk 24-lük barədə nə düşünürsünüz?
- İlk gündən demişdim ki, 2017-ci ildəki vaxtdan bu yana “Qarabağ” fərqlidir, daha çox təcrübə toplayıb. Baxmayaraq ki, heyətimizdə yenilər var. Nə ÇL, nə AL, nə KL görmüşdü indiyə qədər. Qrupa düşəndə narahatlığım var idi ki, futbolçular böyük stadionlarda böyük klublara qarşı həyəcanlanar, oyunumuzu itirərik. Amma bir-birimizə güvən oldu, kollektivi düşündüyümüz kimi ələ aldıq deyə, mübariz komanda yarandı. Qrupa kimi inamım var idi. Çünki futbolçularım istəyirdi ki, ÇL-in qrupunda olsunlar. İlk turdan məqsəd qoymuşduq. İstək səmimi olanda, nəticə də Allahın izni ilə gəlir. Əgər bu gün şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Biz daha çox çalışmalı, daha peşəkar olmalıyıq. Nə məşqdən doymalıyıq, nə də bir xaldan. Əksinə, daha çox çalışmalıyıq. Uğurun ardınca qaçmalıyıq. Bir-birimizə güvənib, addım atmalıyıq. Qarşıdakı oyunlarda bizə daha ciddi yanaşacaqlar.
- 2017-ci ildə “Çelsi”ilə matçdan sonra açıqlamanız olmuşdu ki, “mənə ən çox təsir edən odur ki, rəqib bizə kiçik komanda kimi baxır”. Bu oyunda da eynisini gördük. “Çelsi”nin start heyətində ehtiyatdan 7 futbolçu görəndə, eynisini düşündünüz? Məhz buna görə qələbə qazanmalıyıq...
- Belə böyük komandalarda ikinci heyəti düşünmürəm. Doğrudur, daha çox 1 nömrə var. Onlar böyük oyunlarda daha çox oynayırlar. Amma bugünkü heyət ilk dəfə deyil ki, meydanda idi. Həm ÇL, həm Premyer Liqa, həm kuboklarda oynayırlar, onları rotasiya etmək məcburiyyətindədirlər. Oyunun dinamikasını gördünüz. Hər oyunda eyni heyətlə oynamaq asan deyil. Düzü, xatırlamıram, o vaxtı nəyə görə demişdim ki, “Çelsi” bizə kiçik komanda kimi baxır. Ola bilər ki, oyunda hansısa fikir, cümlə olmuşdu deyə, belə demişdim. Amma Antonio Kontenin “Çelsi”si heç vaxt digər klublara ikinci komanda kimi baxmayıb. Bu gün də köhnə epizodlara baxdım, Eden Azar oynayırdı, Villian oynayırdı. Hətta 15-ci dəqiqədə qırmızı vərəqə almışdıq. İnanmıram ki, bu cür komandalar hansısa rəqibə yuxarıdan aşağı baxsınlar. Çünki onlara 3 xal vacibdir. “Zadəganlar” klubudur, həmişə centlimentdir, inanmıram belə fikirləri olsun.
- 2017-ci ildəki matçla indiki arasında hansı fərq var idi?
- Biz bu oyunu uduzsaq da, qalib kimi olacağıq. Bu cür böyük klubların gözəl Bakımıza gəlməsi, azarkeşlərimizin o ulduzları canlı görməsi, bizim üçün uğurdur. Əvvəlki fikirlərimdə həmişə qalmışam. O vaxtı da demişəm ki, böyü məğlubiyyətlər bizi hətta böyüdür. Müəyyən uğuru əldə etmək üçün böyük çətinliklərdən keçməliyik. Böyük sınaqlardan keçiriksə, bunu dərk ediriksə, işimizi daha məsuliyyətli, sağlam görəcəyik. Ona görə həmişə deyirəm ki, belə oyunlar bizi inkişaf etdirir. Ola bilər ki, 2017-ci ildəki heyət ayrı-ayrılıqda daha güclü idi. Bizim təcrübəmiz daha çoxalıb. Onda ilk dəfə ÇL-də idik. İndi ikinci dəfədir. Klub olaraq, mən baş məşqçi olaraq, daha soyuqqanlı, inamlı yanaşıram. Mən bu gün oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər bizə şərait yaradacağıqsa, biz bunu edəcəyik. Risklərə getdik. Bəzən belə komandalara qarşı mütləq riskə getməliyik ki, futbolçularda güvəni tapaq. İlk dəqiqələrdən müdafiədə oturacağımızı desəydim, bəlkə futbolçular bunu gözləyirdi, Amma imkan vermədim ki, onlarda qorxaqlıq hiss olmasın. Oyunu maksimum rəqibə aid olan hissədə qurmaq istəyirdik. Rəqibdə usta futbolçular var. Bizim qollarımız da elə, rəqibin meydanında topu ələ keçirərək oldu. Hər şeyə real baxmaq lazımdır. Deyim ki, 90 dəqiqə hücum futbolu oynayacağıq, mümkün deyil. Çünki qarşımızda keyfiyyətli komandalar var. Mən müdafiəni rəqibin zonasında qurmağı sevirəm.
- Kadi Borgesin vəziyyəti nə yerdədir?
- Dəqiq fikir deyə bilməyəcəyəm. Amma sanki bir az ciddidir. Ayaq hissəsində, kiçik sümüklərdən biri qırılana oxşayır. Sabah MRT-dən sonra bilinəcək.
- “Liverpul”a qarşı “Çelsi”də nəyisə kəşf etdiniz?
- Fərqli klublardır. “Liverpul” dünən “Real”ı udub (gülür). Kəşf edəsi bir şey yoxdur. Onların meydanında, o azarkeşlər qarşısında oynamaq asan deyil. Amma yenə də biz mütləq çalışmalıyıq ki, sağlam oyun quraq.
- Matçdan sonra Enzoo Mareska ilə görüşəndə sizə kinli və soyuq baxdı. Ola bilər ki, komandasının rahat qələbə qazanacağını fikirləşdiyi üçün sizə elə reaksiya verdi?
- İnanmıram ki, onda elə fikir olsun. Ola bilər ki, məyus idi. Amma oyundan əvvəlki açıqlamaları pozitiv insan və pozitiv məşqçi olduğunu göstərir. Matçdan əvvəl də dialoqumuz oldu. Çox xoş, çox peşəkar və centlimet insan və məşqçi kimi gördüm.
- Çempionlar Liqası oyunlarında Leandro Andrade 60-cı dəqiqədə əvəz olunur. Yorulur, yoxsa cinahı yeniləmək istəyirsiniz?
- Andrade sürətli futbolçudur. Onun hər oyun digər futbolçulardan fərqi odur ki, maksimum sürəti çox yuxarı olur. Bu da onun enerjisini daha tez alır. Onda yorğunluq daha tez hiss olunur, nəinki digərlərində. Ona görə çox oyunlar olub ki, belə addım atmışıq.
- Azərbaycan futbol tarixinin ən böyük uğurunu siz yazırsınız. Tarixin ən yaxşı nəticəsi sizə əlavə yük olmur ki?
- Bilmirəm necə deyim. Ən böyük uğur əldə etmək ən yaxşı baş məşqçi deməkdirmi? Deyə bilmərəm. Ən yaxşı uğur, ən yaxşı nəticə verən məşqçi desən, daha uyğun olar. Avropada tək “Qarabağ” çıxış edəndə mənim üçün əlavə məsuliyyət olur. Düşünürəm ki, sabah biz də uduzsaq, bitdi, ölkəyə ən azından yanvara qədər Avropa futbolu gəlməyəcək.
- “Qarabağ”da qalıb “Qarabağ”ın Aleks Ferqyusonu olmaq istəyərsiniz, yoxsa “Qarabağ”dan ayrılıb Xosep Qvardiola, Joze Mourinyo kimi olmaq?
- Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib. Məncə, elə Qurban Qurbanov kimi olmağım daha yaxşıdır. Belə də qalmaq istəyərdim. Məncə, suallar bitdi, “Qalatasaray”ın oyunu var, gedək “Qalatasaray”a azarkeşlik edək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
09:30
Azərbaycan Lixtenşteynə qarşı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























