16 Sentyabr 2026, Çərşənbə
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

“Çelsi”nin baş məşqçisi: “Bu cür qollar buraxmaq axmaqlıqdır”

“Düşünürəm ki, oyuna düzgün şəkildə başladıq. Matça nəzarət bizdə idi, amma birinci qolu buraxandan sonra 4-5 dəqiqə içində ikinci qolu da öz qapımızda gördük”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la UEFA Çempionlar Liqası matçından (2:2) sonra keçirilən mətbuat konfransında bildirib.

45 yaşlı italiyalı mütəxəssis etdiyi rotasiyalar barədə də danışıb: “Bunu artıq bir neçə dəfə izah etməyə çalışmışam. Məqsəd Moisesi, Enzonu, Malonu və digər bəzi oyunçuları dincəltmək idi. Onlar hər üç gündən bir oynaya bilməzlər. Klublararası dünya çempionatı bizə çox təsir etdi. Rotasiyanı sınadıq. Qalib gələndə bunu heç kim qeyd etmir, amma uduzanda hamı bunun üzərində dayanır”.

Mareska “Qarabağ” haqda da fikirlərini bölüşüb: “Onlar yaxşı komandadır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi”.

O, komandasının səhvlərindən gileylənib: “Bu gün əsas fərq cərimə meydançasında idi. Bu cür qollar buraxmaq axmaqlıqdır. Rəqibin cərimə meydançasında biz kifayət qədər dəqiq deyildik. Mənim üçün əsas fərq budur”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30