1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Əliyar Ağayev ÇL-də "Arsenal"ın oyununu idarə etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək ediblər.

Görüş İngiltərə nəhənginin 3:0 hesablı qələbəsi ilə bitib

Ə.Ağayev meydan sahiblərinin futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə 32-ci dəqiqədə penalti təyin edib. O, VAR-ın müdaxiləsi ilə bu qərarı verib. Bukayo Saka penaltini dəqiq yerinə yetirib. Ağayev 88-ci dəqiqədə, hesab artıq 0:3 olarkən, "Arsenal"ın qapısına penalti təyin etsə də, VAR-da epizodun təkrarını izlədikdən sonra qərarını dəyişib. O, "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31