1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Millinin baş məşqçisi: “Fasilədə apardığımız söhbət ikinci hissədə effektini verdi”

“İlk növbədə komanda üzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç VI İslam Həmrəyliyi Oyunlarında Liviyanı 5:4 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, komanda daha fərqli hesabla qalib gələ bilərdi: “Fasilədə apardığımız söhbət ikinci hissədə effektini və zəif olmadığımızı göstərdi. Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, uşaqların ürəyindəki istək, gözlərindəki alov sayəsində qələbə qazandıq. Əlbəttə, bu cür istəkli, əzmkar olmaq vacibdir. Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən insanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Təbii ki, onların dəstəyi futzalçılara əlavə güc, həvəs verirdi. Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Düzdür, bunu bəzən sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31