Ölkə futbolu
Samir Abasov: "Söz tapa bilmirəm"
"Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız, hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turunun "Karvan"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- İmad Faraj sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...
- Zədəsi var idi. Amma səbəb bu deyil. İmadı tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. Foul etməmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.
- Bitirici hücumçunuz yoxdur. Bunu hiss edirsiniz?
- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bütün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar forvardın olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də qol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər.
- Bir neçə turdur ki, "Neftçi"yə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir?
- Bu oyunun içindəyəm. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.
- Vensan Abubakar mövzusu nə dərəcədə realdır?
- Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Nə deyim? Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalamayıb, yeni komandasının formasında fotosu yayılmayınca, nəsə demək tezdir.
- Bu gün çox sakit görünürdünüz. Özünüzü hazırlamışdınız?
- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim, hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nə dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Referi nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı.
- Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq?
- Bunu bilirdik. Onun son klubu "Sürix"dir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 gün formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq.
- Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyunçular var? Məsələn, Varqas, Kurçi...
- Varqası tərifləyirimsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu günləri Varqasdan danışırqsa, deməli, ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:53
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz tatamiyə çıxacaq
-
09:31
Azərbaycan kubokunda 2026/27 mövsümü start götürür
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
07.10.2026
06.10.2026
05.10.2026
























