17 Noyabr 2026, Çərşənbə axşamı
Millimiz Andorraya qalib gəldi
Bir qələbədən daha artığı - QEYD
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi

Ölkə futbolu

“Neftçi” yay üçün ilk transferini reallaşdırır - EKSKLÜZİV

Yeni mövsümün transfer çalışmalarına start verən “Neftçi” artıq bir futbolçu ilə razılıq əldə edib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, flaqman heyətini “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayevlə gücləndirib. Düzdür, 27 yaşlı futbolçu ilə hələlik rəsmi müqavilə imzalanmayıb. Bunun üçün tərəflər cari mövsümün başa çatmasını gözləyirlər. Lakin artıq tərəflər bütün detallarda razılıq əldə ediblər.

Xaçayev “Neftçi”nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında “Sumqayıt”da forma geyib.

Bu transferi təsdiqləyən daha bir məqam var. Belə ki, Murad Xaçayev martın 11-də minifutbol üzrə Azərbaycan çempionatının finalını meneceri və “Neftçi”nin futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizovla birgə izləyib.  

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30