3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Bir xalı çıxarmalıydıq”

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis yenilgini belə şərh edib:

"Sumqayıtı təbrik edirəm. Bu gün şəhərin 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Amma nəticə baxımından ən azı bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Bəlkə də, ondan qabaqkı epizodu qola çevirsəydik, oyun başqa cür olacaqdı. Bilirik ki, çempionat gərgin keçəcək. Bundan sonra daha da ağır olacaq. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28