2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Kurban Berdiyev: “Uğursuz epizoddan qol buraxdıq”

"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?

- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.

- Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar?

- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur.

- Oyun planında nələr alınmadı?

- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.

- Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?

- Kim daha optimal formadadırsa, o da oynayır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28