22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Ölkə futbolu

"Sabah"ın yeni transferi: "Mümkün qədər çox qol vurmaq istəyirəm"

“Burada olmaqdan xoşbəxtəm. Mənimçün yeni çağırışdır. Yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu komanda ilə uğur qazanmaqdır".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın yeni transferi Pavol Şafranko klubun saytına açıqlamasında deyib.
 
Paytaxt təmsilçisinə keçidindən danışan slovakiyalı hücumçu çox qol vurmaq istədiyini bildirib: "Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerlərdə olmaq istəyirəm”.
 
Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Peşəkar futbolçu olmağımda qardaşımın böyük rolu var. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.
 
Forvard azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər və dəstək olsunlar. Mən və komanda yoldaşlarım yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik”.
 
Xatırladaq ki, "Sabah" Pavol Şavranko ilə 2 illik müqavilə bağlayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31