Ölkə futbolu
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Saşa Petroviç Azərbaycan Premyer Liqasının 34-cü turunda "Kəpəz"i 5:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını da cavablandırıb.
- Qeyd etdiniz ki, “Neftçi” futbolçuları bu gün xarakter göstərdilər. Bəs komanda əvvəlki uduzduğu görüşlərdə niyə həmin xarakteri göstərə bilmirdi?
- Çətin sualdır. “Qarabağ”la oyun haqda onu deyə bilərəm ki, onlar yəqin hazırda bizdən daha yaxşı komandadır. Son dörd aydır ki, burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır. “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq. Yayda lazımi transferlər etməklə “Qarabağ”a qarşı daha yaxşı mübarizə aparmağa çalışacağıq.
- Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü? Sizə hansı təlimatlar verirdi?
- Bojoviçlə uzun müddətdir ki, birlikdə çalışırıq. Hər şey qaydasında idi. Nəticə də bunu əyani olaraq göstərir.
- Emin Mahmudov dörd oyundur ki, zədə səbəbindən oynamır. Qarşıdakı iki həlledici görüşdə oynaya biləcək?
- Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma bu daha çox baş məşqçiyə ünvanlanacaq sualdır. Komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir.
- İndiki “Neftçi”nin heyətinin neçə faizini dəyişmək lazımdır ki, “Qarabağ”a qarşı daha yaxşı oynayasız?
- Çətin sualdır. Biz bu mərhələdə diaqnozu müəyyən edə bildik. İnanırıq ki, qalsaq, güclənmə prosesi davam edəcək. Qış “transfer pəncərəsi”ndə yaxşı oyunçuları buraxan komanda yoxdur. İnanırıq ki, növbəti mövsüm üçün komandaya daha da güclü oyunçuları cəlb etmək imkanımız olacaq. Yens Anderson bu istiqamətdə işlərə başlayıb. Məsələyə nikbin baxıram.
- Lukas Melano haqda hansı fikirdəsiniz?
- Meydanda qısa müddət oynadı. Ona görə də, çox danışmaq çətindir. Amma Lukas yaxşı futbolçudur. Məşqlərdə ciddidir. Ona görə də, Lukası da meydana buraxıb, şans vermək lazım idi.
- "Neftçi" azarkeşləri sosial şəbəkələrdə yazır ki, hazırkı komanda avrokuboklara getməsə, yaxşıdır. Siz necə düşünürsüz, avrokuboklara vəsiqə qazansanız, normal komanda formalaşdırmaq üçün zamanınız olacaq?
- Məncə, bacaracağıq. Avrokuboklarda iştirak hər zaman təcrübə deməkdir.
- Avrokuboklara vəsiqə uğrunda əsas rəqibləriniz “Zirə", “Sabah” və “Sumqayıt”dır. Şansları necə dəyərləndirirsiz?
- Mən ancaq öz komandam haqda düşünürəm. Avrokuboklara vəsiqə qazanmaq üçün növbətim iki oyunda qələbə qazanmaq haqda fikirləşirik. Digər rəqiblər barədə nəsə düşünmürəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
02.10.2026
01.10.2026
























