3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Sumqayıt" Estoniya yığmasının hücumçusu ilə anlaşdı

“Sumqayıt” mövsümlərarası fasilədə ilk legioner transferini gerçəkləşdirib.
 
Futbolxeber.az saytının Sport24.az-a istinadən verdiyi məlumata görə, söhbət Estoniya yığmasının hücumçusu Erik Sorgadan gedir.
 
 24 yaşlı forvard bu gün axşam saatlarında Bakıya gəlir. Onunla danışıqlar müsbət yekunlaşıb və tərəflər arasında bir illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Erik karyerasi ərzində İsveç “Heteborq”unun, Niderland təmsilçisi “Venlo”nun, ABŞ-da “DC United” və “Laudon” kimi klubların şərəfini qoruyub. “Flora”nın yetirməsinin son klubu Plovdiv “Lokomotiv”i olub. Bolqarıstan təmsilçisində 14 oyuna çıxan Estoniya millisinin üzvü 2 qolla yadda qalıb.
 
“Kimyaçılar”ın yeni futbolçusunun avrokubok təcrübəsinin olduğunu da vurğulayaq. Belə ki, hücumçu “Flora”nın heyətində Avropa Liqasında 5 matça çıxıb. Sorga milisinin heyətində yığmamızla iyunda Bakıdakı rəsmi matça gələrək ehtiyatda qalıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31