3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Səbail” Ərzurumda 3 yoxlama oyunu keçirəcək

“Səbail”in hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az saytına bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

O, iyulun ilk günü hazırlıqlara başlayacaqlarına bildirib: “İyulun 1-də Bakıda yığışacağıq. İlk həftəni Bakıda hazırlıq keçəcəyik. Komanda gündə 1 dəfə məşq edəcək. Ola bilər ki, iyulun 6-da yoxlama oyunumuz olsun”.

Təcrübəli mütəxəssis qeyd edib ki, daha sonra komanda Türkiyəyə yollanacaq: “Hazırlığın ikinci mərhələsini Ərzurumda keçəcəyik. Təlim-məşq toplanışı 8-22 iyul tarixlərini əhatə edəcək. Hazırlıq müddətində 3 yoxlama oyunu olacaq - iyulun 15-i, 18-i və 21-də. Lakin hələlik rəqiblərin adları məlum deyil. Rəqibləri yerində müəyyənləşdirəcəyik”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31