2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Neftçi”nin məşqçisinə 10 oyunluq cəza

AFFA Gənclər Liqasında çıxış edən “Neftçi”nin məşqçisi Elmir Hüseynov AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq sanksiya ilə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, buna səbəb mütəxəssisin “Qəbələ” ilə görüşün sonlarında texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərməsi olub.
 
E.Hüseynov bu hərəkətinə görə, 5-i şərti olmaqla 10 oyunluq cəzalandırılıb. Ona 6 ay sınaq müddəti təyin edilib.
 
“Neftçi”nin futbolçusu Fərid Səfərli isə eyni turnirdə “Səbail”lə matçın sonlarında rəqibi əllə vurduğundan, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
 
Bundan başqa, İCBFA-nın futbolçusu Nihad Mahmudzadə və “Kəpəz”in oyunçusu Elşən Mirzəyev “Zirə” ilə qarşılaşmalarda, “Səbail”in üzvü Ayxan Bədizadə isə “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldıqları üçün 1 tur buraxmalı olacaqlar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31