1 Oktyabr 2026, Cümə axşamı
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

* Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

* Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

* Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

* Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

* “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

* Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

* AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

* “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

* AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

* “Elit Məşq” kitabı ilə bağlı məlumat

* AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

* “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

* AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31