17 Avqust 2026, Bazar ertəsi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi

Ölkə futbolu

Gerye “Neftçi”də aylıq 35 min dollardan çox məvacib alacaq?

Yay fasiləsində "Qarabağ"la yollarını ayıran Donald Gerye "Neftçi"yə keçməyə yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, Haiti mətbuatı Geryenin paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı və sentyabrın 1-nə qədər komandanın düşərgəsinə qoşulacağını yazıb.

Geryenin yeni müqavilə ilə aylıq 35 min dollardan çox məvacib alacağı da bildirilib. Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra müdafiəçinin illik məvacibinin yarısını bəribaşdan alacağı da qeyd olunub.

Xatırladaq ki, Haiti millisinin üzvü 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31