2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Millimizin üzvü Superliqada oynaya bilər

Azərbaycan milli komandasının müdafiəçisi Ufuk Budak karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Budakın Premyer Liqamızda oynamaq variantı ortaya çıxsa da, o, buna isti baxmayıb və Türkiyədə oynamaq istədiyini dilə gətirərək təklifdən imtina edib.
 
Saytımıza daxil olan məlumata görə, sol cinah müdafiəçi karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Hazırda “Boluspor” forması geyinən 28 yaşlı müdafiəçi “Alanyaspor”a keçəcək. Bu keçidin yayda baş tutacağı gözlənilir. Belə ki, hazırda Superliqa klubunun baş məşqçi postunda qərarlaşan Sərgən Yalçın müdafiəçinin sol cinahına Ufuku cəlb etmək istəyir. “Boluspor”la 2020-ci ilə qədər müqaviləsi olan Budak üçün “Alanyaspor” müəyyən məbləğ də ödəyəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31