12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Rəşad Sadıqovdan qeyri-adi göstərici

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov futbol dünyası üçün nadir sayılacaq uğura imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı futbolçu bu mövsüm həm futbolçu, həm də məşqçi kimi Azərbaycan çempionu adını qazanıb.

O, hər iki yüksək göstəriciyə “Qarabağ”da nail olub. Kapitanı olduğu Ağdam klubunda dalbadal dördüncü dəfə çempionluğunu bayram edən Sadıqov bu gün həm də U-19 komandasının baş məşqçisi kimi birinciliyi rəsmiləşdirib.

Maraqlıdır ki, Sadıqov növbəti mövsümdə avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak edəcək. Bu isə futbol dünyasında az-az rast gəlinən unikal faktlardandır.

Xatırladaq ki, R.Sadıqovun futbolçu kimi çıxış etdiyi “Qarabağ” 2017/18 mövsümündə Azərbaycanı Çempionlar Liqası, onun rəhbərlik etdiyi U-19 komandası isə UEFA Gənclər Liqasında (Çempionlar Liqasının anoloqu) təmsil edəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31