Ölkə futbolu
Cavid Hüseynov: “Qarabağ”la oyunu kimə tapşırırlar, tapşırsınlar” (MÜSAHİBƏ)
“Qəbələ” kapitanı Cavid Hüseynov “Zirə” ilə oyundan (2:2) sonra Futbolxeber.az saytına müsahibə verib.
- Son dəqiqələrə hesabda önə keçsəniz də, qələbə qazanmaq mümkün olmadı. Bunu nə ilə əlaqələndirmək olar?
- 10 nəfər qalmışdıq. Amma bunu qoyaq bir kənara. Bilirdik ki, bu oyun çox ağır keçəcək, ikiqat ağır olacaq. Çünki hiss edirdik ki, “Zirə” oyuna yaxşı hazırlaşır. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Alınmadı. Nə edə bilərik ki? Qolun ikisini də öz səhvlərimizdən buraxdıq. Standart vəziyyətdə vurdular.
- “Zirə”nin futbolçuları qol vurduqdan sonra elə sevinirdilər ki, sanki çempion olublar. Bu məqam sizə də maraqlı gəldi?
- Görürsünüz? Onu siz deyirsiniz, mən yox. Bu barədə danışmaq istəmirdim. Sadəcə olaraq, hesab bərabərləşib, heç-heçə olub, amma soyunub-geyinmə otağında “Zirə” futbolçularının səsi, sevinci elə idi ki, sanki çempion olublar. Ona görə də “Zirə” komandasını təbrik edirəm. Heç bu barədə danışmaq istəmirdim. Onların necə sevindiyini hamı gördü. İndi məsələyə özünüz qiymət verin.
- Rəqibin son oyununu izləmişdiniz?
- İzləmişdik, bilirdik. Yeni legionerləri də var, hücumçular alıblar.
- O mənada demirəm. Ötən oyundakı “Zirə” ilə bugünkü komanda arasında fərq çox böyük idi…
- Əlbəttə, fərqli idilər. Onu hiss etmək üçün peşəkar olmağa da ehtiyac yoxdu. Adi adam da hiss edir. “Zirə” bu gün bütün gücünü meydanda qoydu.
- Komanda yoldaşın Rasim Ramaldanovun qırmızı vərəqə alması nəticəyə nə dərəcədə təsir etdi?
- Rasimin ilk oyunu idi, pis də oynamırdı. Belə hallar olur. Ümid edirəm, bindan sonrası onun üçün daha xeyirli olar.
- Qarşıdakı “Qarabağ”la görüşü “ilin oyunu” adlandırmaq olar?
- Yox, “ilin oyunu” demək olmaz. Digər komandalara qarşı necə hazırlaşırıqsa, həmin matça da elə hazırlaşacağıq.
- Vəziyyət elədir ki, uduzsanız, aranızdakı xal fərqi 6-ya yüksələcək…
- Olsun da. Burada nə problem var ki?
- Yəni, sonra həmin fərqi aradan qaldırmaq çətin olmayacaq?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Çempionluğa oynamırıq.
- Bu fikri ötən dəfə də səsləndirmişdin. Nə mənada çempionluğa oynamırsız?
- Hər oyunda əlimizdən gələni edəcəyik. Sonda nə olacağını birgə görəcəyik.
- Hazırda əsas suallardan biri də “Qəbələ” - “Qarabağ” oyununu idarə edəcək hakimlərin kimliyi ilə bağlıdır. Səncə, hansı hakim bu vacib oyunu daha yaxşı, dəqiq idarə edə bilər?
- Dəqiq söz deməyə çətinlik çəkirəm. Çünki o qədər hakim səhvləri olur ki. Kimin adını çəkəsən...Fərqi yoxdur, “Qarabağ”la oyuna kimi göndərirlər, göndərsinlər.
- Səhv etmirəmsə, “Apollon”la oyundan sonar ilk dəfə komandanı kapitan kimi meydana çıxarırdın. Hisslərini ifadə edə bilərsən?
- Ovaxtkı hisslər tamam başqa idi, bugünkü başqa. İndi mənim üçün əsas olan kapitanlıq deyil. Əsas məsələ öz oyunum, komandamın uğurudur. Necə məsləhət görsələr, elə də edəcəyik. Mən sona qədər canla-başla mübarizə aparmağa hazıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Berdiyev məğlubiyyəti şərh etdi
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
-
11:09
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
-
10:45
Kipr - Monteneqro matçında 5 qol VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
I Liqada hakim təyinatları
-
09:31
“Qarabağ”ın futbolçusundan millidə qol ötürməsi
-
09:17
Cüdoçumuz Zaqrebdə çempion oldu
-
16:19
U-20 millimiz 2 yoldaşlıq oyunu keçirəcək
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı - QEYD
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
17.11.2026
16.11.2026
15.11.2026
14.11.2026
























