10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Basketbol

"Gəncə"nin yeni baş məşqçisi məlum oldu

Azərbaycan Basketbol Liqasında çıxış edən "Gəncə"nin yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu post Halil Atlıya həvalə olunub.

Türkiyəli mütəxəssis ilə 1 illik müqavilə bağlanıb. 37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. O, baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq "Mersin MSK" klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Halil Atlı bu postda həmyerlisi Bedri Meriçi əvəzləyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31