25 Noyabr 2026, Çərşənbə
Ronaldodan 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord

Xarici futbol

42 yaşlı Tiaqo Silva müqaviləsini yeniləyir

“Fluminense”nin müdafiəçisi Tiaqo Silva karyerasını bitirməyi təxirə salıb.

Futbolxeber.az saytının ESPN-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı müdafiəçi daha bir il futbol oynamaq barədə qərar qəbul edib.

Futbolçu özünü yaxşı formada hiss edir və gələcək karyerası ilə bağlı ailəsindən də dəstək alıb.

“Fluminense” də Silvanın xidmətində maraqlıdır. Bu səbəbdən də futbolçuya yeni – 1 illik müqavilə təklif olunub. Yeni sözləşməyə əsasən, braziliyalı müdafiəçi 2027-ci ilin sonuna kimi hazırkı klubunun formasını geyəcək.

Qeyd edək ki, Tiaqo Silva karyerası ərzində “Portu”, Moskva “Dinamo”su, “Milan”, PSJ və “Çelsi”də çıxış edib. O, Braziliya millisinin heyətində meydana çıxdığı 113 oyunda 7 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30