6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Xarici futbol

Litva millisinin baş məşqçisi istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Litva Futbol Federasiyası (LFF) açıqlama yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı ilə LFF prezidenti Edqaras Stankeviçyus və federasiyanın texniki direktoru Deyvidas Şemberas arasında keçirilən görüşdən sonra verilib.

Tərəflər açıq müzakirədən sonra qarşılıqlı razılıq əsasında Yankauskasla müqaviləyə xitam verilməsi barədə qərar qəbul ediblər.

Yankauskas milli komandada 4 il fəaliyyət göstərib.

Onun istefası haqda qərar Azərbaycan millisinə Bakıdakı məğlubiyyətdən (0:1) sonra verilib. Bu məğlubiyyət səbəbindən Litva millisinin qrupun qalibi olmaq şansı xeyli azalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31