6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Xarici futbol

“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü

UEFA Millətlər Liqasının B Liqasının dördüncü turu çərçivəsində Bosniya və Herseqovina yığması öz meydanında Polşanı qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, matç meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə başa çatıb. İvan Basiçin 84-cü dəqiqədə penaltidən vurduğu qol Bosniya və Herseqovinaya qələbə qazandırıb.

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.

2 illik fasilədən sonra Polşa millisinə çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 4 turdan sonra Bosniya və Herseqovina yığması 8 xalla qrupda ikinci, Polşa isə 4 xalla üçüncü yerdədir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31