6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Yankoviç yenidən ermənilərə qarşı oynadı

UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, C Liqasında yarışan Monteneqro millisi öz meydanında Ermənistanı qəbul edib. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 62-ci dəqiqədə Stefan Lonkarla əvəzlənib.

Yankoviç bu komandalar arasında sentyabrın 28-də Ermənistanda baş tutan və Monteneqronun 3:2 hesabı ilə başa çatan görüşdə də forma geymiş və həmin matçın ən yaxşısı seçilmişdi.

Qeyd edək ki, 4 turdan sonra 10 xalı olan Monteneqro millisi qrupun vahid lideridir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31