6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Arda Gülər 2031-ci ilə kimi “Real”da

“Real”la Arda Gülər arasında yeni müqavilə haqda aparılan danışıqlar müsbət yekunlaşıb.

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, türkiyəli futbolçunun yeni sözləşməsi 2031-ci ilə kimi nəzərdə tutulub. Ardanın “Kral klubu” ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatırdı. Həmçinin yeni sözləşməyə əsasən futbolçunun maaşı da artırılacaq.

Qeyd edək ki, “Real” Ardanı 2023-cü ildə “Fənərbaxça”dan transfer edib. Bu müddətdə Gülər Madrid klubunun heyətində meydana çıxdığı 119 matçda 19 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31