9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Dieqo Maradonanın “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Goal” yazıb.

Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Maradona bu topla mübahisəli şəkildə əli ilə qol vuraraq hesabı açıb, 4 dəqiqə sonra isə möhtəşəm fərdi keçidlə daha bir qol vurub.

Lotun əvvəlcədən 10 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilsə də, yekun məbləğ rekorda çatmayıb.

Xatırladaq ki, Maradonanın həmin oyunda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31