3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Ronaldo qayıdışını qolla qeyd etdi

Kriştiano Ronaldo 3 oyunluq boykotdan sonra "Əl-Nəsr"in heyətində meydana çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqanın 22-ci turu çərçivəsində "Əl-Fateh"lə matçın start heyətinə yer alıb.

Ronaldo qayıdışını qolla qeyd edib. O, 18-ci dəqiqədə Sadio Manenin ötürməsini qola çevirməklə matçda hesabı açıb. 78-ci dəqiqədə isə Ayman Yahya 2-ci qolu vurub. Beləliklə, “Əl-Nəsr” 2:0 hesablı qələbə qazanıb.

Bununla da komanda xallarının sayını 52-ə çatdırmaqla turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Əl-Nəsr” lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır.

Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb və oyunları boykot edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31