3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Şahruddinə görə Türkiyə klubunun 12 xalı silindi

FIFA İntizam Komitəsi Türkiyənin Trendyol 1-ci Liqa təmsilçisi “Adana Demirspor”a 12 xal silmə cəzası verib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb. Bildirilib ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib.

Verilən cəzadan sonra “Adana Demirspor”un turnir cədvəlində mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Demirspor" klubunun futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır. Məsələn, klub hələ də keçmiş oyunçusu - hazırda "Qarabağ"da oynayan Şahruddin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya olan borcunu tam ödəməyib və bu məsələyə görə FIFA-ya müraciət olunub.

Klubun Şahruddinə 700 min dollar borcu olduğu bildirilir.

Xatırladaq ki, Ş.Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Demirspor"da oynayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31