27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Xarici futbol

Riera: "Real"a qarşı hücum futbolu sərgiləyəcəyik"

“Qalatasaray”ın ispaniyalı yarımmüdafiəçisi Albert Riera komandasının Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçirəcəkləri oyun haqqında danışıb. Futbolxeber.az-ın məlumatına görə, futbolçu açıqlamasında “Qalatasaray” fanatları haqqında da söz açıb: “Mən artıq 5 ildir ki, legioner həyatı yaşayıram. “Liverpul”, “Olimpiakos” və “Qalatasaray” kimi klubların azarkeşlər tərəfindən necə sevildiyini bilirəm. Ancaq, heç vaxt, heç yerdə “Qalatasaray” fanatları kimi çılğınına rast gəlməmişəm. Hətta deyərdim ki, onlar bizim əvəzimizə oyunu qazanmağa da  qadirdilər. Deyilənə görə, Madridə 10-15 min türk azarkeşi gedəcək. Bu göstərici “Qalatasaray”lıların futbola olan inanılmaz sevgisinin təcəssümüdü. Mən onların çılğınlığı, sərtliliyi haqqında danışmaq istəmirəm. Bu, fanatizm olsa da, bütün azarkeşlər müəyyən bir qrup tərəfindən idarə olunur. Onlar meydanda möhtəşəm atmosfer yaradırlar və bu da futbolçuların xoşuna gəlir. Hamımız bilirik ki, “Real”la oyun çox çətin olacaq. Lakin, əminəm ki, biz də rəqibimizə problem yarada biləcəyik. Çünki, bizim də istənilən komanda ilə mübarizə aparmağa istedadımız və əzmimiz çatır. “Real”la oyunda hücum futbolu oynamaqla çoxlarını təəccüblədirəcəyik. Evdə rahat oynamağımız üçün səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Biz dərk edirik ki, cütün favoriti madridlilərdi. Mən bu fikirdəyəm ki, qeyri-mümkün olan heç nə yoxdur”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31