12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Xarici futbol

Azarkeşlər Italiya klubunun bazasına hücum etdilər, məşq təxirə salındı

“Kalyari”nin azarkeşləri klubun bazasına hücum ediblər. Futbolxeber.az-ın məlumatına görə, 30-a yaxın fanat əvvəlcə futbolçuların və əməkdaşların lehinə şüarlar səsləndirməklə, onları təhqir ediblər. Fanatlar bazar günü növbəti tur çərçivəsində “Napoli”yə qarşı baş tutacaq oyunda komanda üzvlərindən qələbə qazanmağı tələb ediblər. Bəzi futbolçuların söhbətin sonunu gözləmədən üzlərini çevirərək getmələri azarkeşləri özündən çıxarıb. Nəticədə futbolsevərlər futbolçuların üzərinə hücum ediblər. 20 yaşlı müdafiəçi Nikola Murre üzündən xəsarət alıb. Ondan başqa, daha 2-3 futbolçu da azarkeşlərin fiziki təzyiqinə məruz qalıb. İnsident çətinliklə də olsa, yatırdılıb. Nəticədə baş məşqçi Zdenek Zeman axşam məşqini təxirə salmalı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31