10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.

M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) - Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31