2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib

Oktyabrın 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və qurumların rəsmiləri Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət ediblər.

Futbolxeber.az saytına ACF-dən verilən məlumata görə, əvvəlcə Fəxri xiyabana gələn nümayəndələr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Zəfər parkında Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Qeyd edək ki, ziyarət Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ərəfəsində baş tutub. Yarış 4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31