2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Bakıda ilboyu xizək və snoubord üzrə təlim keçmə imkanı yaradan "Ski Center Baku" fəaliyyətə başlayıb.

Futbolxeber.az saytına Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib ki, dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim edilən “Ski Center Baku”nun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

2800 kvadratmetr sahəni əhatə edən “Ski Center Baku”da üç “MaxxTracks” məşq yamacı və “Olympus SkyTech” simulyatoru quraşdırılıb. Burada həm yeni başlayanlar, həm də təcrübəli xizəkçi və snoubordçular üçün ilboyu məşqlərin keçirilməsi nəzərdə tutulur.

Mərkəzdə uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq. Eyni zamanda məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının təşkili də planlaşdırılır.

Bildirilib ki, "Ski Center Baku"nun yaradılmasında əsas məqsəd Azərbaycanda qış idman növləri üzrə təlim-məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına dəstək olmaqdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31