2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Efendiyev Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupunun (T-DO SCI) iclasında iştirak edib.

Futbolxeber.az saytına bu barədə AMADA-dan məlumat verilib.

Fransanın paytaxtı Parisdə baş tutan toplantıya Avropadan və digər regionlardan milli antidopinq təşkilatlarının, Ümumdünya Antidopinq Agentliyinin, dövlət və elmi qurumların, laboratoriyaların, habelə digər maraqlı tərəflərin ekspert və nümayəndələri qatılıblar.

İki gün davam edən tədbirdə antidopinq sahəsində bir sıra aktual elmi və siyasi məsələlər müzakirə olunub. Müzakirələr çərçivəsində T-DO-nun 2027-ci il üzrə Qadağan edilmiş siyahının məsləhətləşmələrinə töhfəsi, kannabinoidlərə müxtəlif yanaşmaların müzakirəsinə həsr olunmuş xüsusi dəyirmi masa, həmçinin kontaminasiya hallarının idarə olunması üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib.

İştirakçılar, həmçinin cari ildə keçirilmiş Dopinq maddələrinin əlçatanlığı üzrə beynəlxalq konfransın nəticələrini nəzərdən keçirib, tədqiqat fəaliyyətlərinin və antidopinq məlumat alətlərinin əlaqələndirilməsi, laboratoriya standartları, eləcə də qeyri-ixtiyari dopinq hallarının qarşısının alınmasına yönəlmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31